Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və “#justiceforkhojaly” (“Xocalıya ədalət!”) tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində “#justiceforkhojaly” tələbi yazılmış poçt markalarının yapışdırıldığı zərflərdə göndərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: