Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı – FOTO

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Nazirliyin rəsmi səhifəsində yerləşdirilən açıqlamada Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərinə Ermənistan tərəfindən tətbiq edilən hücumda, 106 qadın, 63 uşaq və 70 yaşlı olmaqla 613 günahsız Azərbaycan vətəndaşının vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

Qətliamın 29-cu ildönümü ilə əlaqədar verilən açıqlamada 1000-dən çox insanın Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyü və itkin düşənlərin taleyinin hələ də bilinmədiyi vurğulanıb:

“26 fevral 1992-ci il tarixində Ermənistan Respublikasının qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücum edilib. Dünyanın gözü qarşısında yaşanan Xocalı qətliamının səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, can Azərbaycanın dərdini qəlbimizin ən dərin hissəsində hiss edir və bölüşürük. Xocalıdakı insanlıqdan kənar qətliamda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, əziz Azərbaycan xalqına bütün səmimiyyətimizlə başsağlığı verir və həyatını itirənlərin əziz xatirələri qarşısında hörmətlə baş əyirik.

Azərbaycanın işğal altındakı ərazilərini azad edən və köçkün düşmüş təxminən bir milyon azərbaycanlının evinə yol açan Vətən Müharibəsində həyatını itirən şəhidləri bir daha rəhmət və hörmətlə anırıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: