Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib – VİDEO

Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib. Sosial şəbəkələr vasitəsilə keçirilmiş premyera böyük rəğbət qazanıb və geniş yayılıb.

Musiqi əsərinin əvvəlində Xocalı soyqırımı haqda məlumat verilir, beynəlxalq “Human Rights Watch” təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Videoda həmçinin soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: