Hindistanda valideynlər böyük qızlarını müalicə etdirmək üçün kiçik qızlarını satıb

Hindistanda valideynlər böyük qızlarının müalicə xərclərini ödəmək üçün 12 yaşlı qızlarını satıb.

Məlumatı “The Times of India” yayıb.

Onlar yeniyetmə qızı 46 yaşlı qonşularına 10 min rupiyə (136 ABŞ dolları) satıblar. Bildirilib ki, artıq 46 yaşlı kişi ilə 12 yaşlı yeniyetmənin nikah mərasimi baş tutub.

Bir müddətdən sonra isə həmin kişi hər gün evdə səs-küy saldığına və yeniyetmə qızı döydüyünə görə qonşular tərəfindən polisə şikayət edilib.

46 yaşlı kişiyə qarşı cinayət işi başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: