İctimai iaşə obyektlərində monitorinqlər aparılıb: 42 müəssisə kobud pozuntulara yol verib – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər aparıb.

Agentlikdən verilən məlumata əsasən, nəzarət tədbirləri çərçivəsində 26 fevral 2021-ci il tarixində ölkə üzrə 395 ictimai iaşə obyektində 704 monitorinq keçirilib.

Monitorinqlər zamanı 42 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələrindən 24-ü Bakı şəhərinin, digərləri isə regionların payına düşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: