İsveçrədə peyvənd olunan 16 nəfər öldü

İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, 16 nəfər isə vəfat edib.

Bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti “Pfizer”, “Comirnaty” və “Moderna” peyvəndi ilə əlaqədardır. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: