Anar Kərimov Türkiyəyə səfəri çərçivəsində görüşlərə başladı – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

Fevralın 28-də nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir Anar Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.

 

09:46

Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfərə yollanıb.

Nazir səfər çərçivəsində iki ölkə arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi ilə bağlı görüşlər keçirəcək.

Görüşlərin Ankara və İstanbulda olacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: