Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə şəhərcikliklər salındı

Bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.

Maddi-texniki təminat üzrə mütəxəssislər Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi salıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərində salınıb.

Qarabağda Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərcik

Xatırladaq ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: