Yerdə maqnit qasırğası başlayıb

Yerdə “G2” orta səviyyəli maqnit qasırğası başlayıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bildirilib.

Qasırğa Günəşdə “C” sinfində zəif partlayış baş verməsinin ertəsi günü baş verib.

Maqnetik qasırğaların təsnifatında “G1”-dən “G5”-ə qədər beş səviyyə var. Zəif qasırğa enerji sistemlərinin işində kiçik pozuntulara səbəb ola bilər. Bu, həmçinin quşların və heyvanların miqrasiyasına təsir göstərir. Daha güclüləri qısa dalğalı rabitə və naviqasiya sistemlərinin pozulmasına, eyni zamanda sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb olur.

Bundan əlavə, maqnit qasırğalarına səbəb olan artan günəş aktivliyi, qütb parıltılarının daha geniş ərazilərdə müşahidə edilməsinə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: