Karateçilərimizin iştirak edəcəyi Olimpiya lisenziyalı yarış təxirə salındı

Mərakeşin paytaxtı Rabatda keçirilməli olan karate üzrə Premyer Liqa yarışı təxirə salınıb.

Yarış pandemiya səbəbindən 29-31 oktyabra keçirilib.

Bu səbəbdən də bu yarışın əvəzinə Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Premyer Liqa yarışı Olimpiadaya lisenziya xalları verəcək. Bu yarış 30 aprel – 2 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, Rabat Premyer Liqa yarışı 9-11 apreldə baş tutmalı idi.

Onu da bildirək ki, karate yarışları bir illik fasilədən sonra bu ay Türkiyənin İstanbul şəhərində baş tutacaq. 12-14 mart tarixlərində keçiriləcək Premyer Liqa yarışında millimiz də iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: