Qapanmalara getməmək üçün nə etməliyik? – VİDEO

Azərbaycanda son günlər koronavirusa yoluxma hallarında yenidən artım qeydə alınır. Yoluxanların sayının artması karantin rejimi yumşaldıqdan sonra müşahidə edilməyə başladı.

Yoluxma sayında kəskin artım xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini qaçılmaz edə bilər. Çünki bu artım əvvəlki vəziyyətin, yəni bir gündə minlərlə yoluxmanın, onlarla ölüm faktının qeydə alınması ilə nəticələnə bilər.

Qarşıdan Novruz bayramının gəlməsini nəzərə alsaq, insanların ünsiyyətinin daha da intensivləşəcəyini deyə bilərik. Bu hal da yoluxanların sayındakı artımı yenidən alovlandıra bilər.

Bir sıra Avropa ölkəsində karantin tədbirləri sərtləşdirilib. Həmin ölkələrdə COVİD-19-a yoluxanların sayına nəzər salsaq, bunun doğru qərar olduğunu deyə bilərik.

Ölkəmizdə karantin rejiminin yenidən sərtləşdirilməməsi isə bizdən asılıdır.

Şərtlər çox sadədir: Gigiyenik qaydalara əməl etmək, sosial məsafənin qorunması, tibbi maskadan istifadə və vaksinasiya olunmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: