Çavuşoğluyla Lavrov arasında KRİTİK GÖRÜŞ

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Qətərin paytaxtı Dohada mediaya qapalı görüş keçirib.

Bu barədə “TRT Haber” Diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, nazirlər iki saat davam edən görüş zamanı Suriyadakı vəziyyəti, Türkiyə, Qətər və Rusiya arasında sabah keçiriləcək üçtərəfli görüşlə bağlı hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə müzakirə edilən digər məsələlərlə bağlı heç bir məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: