İçməli sulardakı təhlükəni bilirdinizmi?

Hazırda dünyada istehsal edilən plastik qablaşdırmaların sayı durmadan artır. Onların sayının artması, insan həyatını təhlükə altında atan böyük risk faktoru yaradır. Plastik qabların ən çox dənizləri çirkləndirdiyi deyilsə də, onların təbiətə vurduğu ziyan sadəcə bununla məhdudlaşmır.

Təbiətə atılan tullantılar mikroplastikaya çevrilərək, ilk növbədə atmosferi, daha sonra dənizləri və meşələri çirkləndirir. Bunun nəticəsində şirin su qaynaqları istifadəyə yararsız hala düşür.

Mütəxəssislər bildirir ki, bunun qarşısı alınmazsa, şirin sular bəşəriyyətin sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevriləcək.

Mikroplastika gündəlik həyatımıza əsasən balıq və quş əti ilə daxil olur. Bununla yanaşı, bir çox şirin su hövzələri lazım olan içməli suyu dəniz və okeandakı sular vasitəsilə əldə edir. Həmin sular filterlərdən keçirilib təmizlənsə belə onun qəbulu insan sağlamlığı üçün təhlükə yarada bilir.

Mütəxəssislər dünya ölkələrinin rəhbərlərini bu halın qarşısını almağa çağırır. Əks halda belə davam edərsə, gələcəkdə içməli suya olan tələbat ödənilməyərək, yox dərəcəsinə çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: