Azərbaycan taekvondoçusu Türkiyədə qızıl medal qazanıb

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Türkiyənin İstanbul şəhərində ənənəvi təşkil olunan “Turkish Open”də qızıl medala yiyələnib. 

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tokio-2020-yə lisenziyanı təmin edən Harçeqani finalda ispaniyalı Daniel Qomesdə güclü olub.

Qeyd edək ki, G1 kateqoriyalı turnirə Azərbaycan millisi 12 idmançı ilə qatılıb. Sayca 8-ci olan yarışda 46 ölkədən 1590 idmançı (böyüklər, gənclər, yeniyetmələr və pumse) mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: