Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bilindi – VİDEO

Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bəlli olub.

2021-ci ildə mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Game of desire” (“Arzulanan oyun”) adlı mahnını səsləndirəcək.

Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb.

 

Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq.

Xatırladaq ki, Samirə ötən il baş tutmayan “Eurovision” üçün “Cleopatra” mahnısını hazırlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: