Nazir özünə yeni müşavir təyin etdi – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirin müşaviri vəzifəsinə Fərid Əhmədov təyin olunub. O, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, bu təyinata qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

 

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: