Regionda gözlənilməz dəyişiklik, müttəfiqləri Türkiyəyə qarşı…

Təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.

Yunanıstan Amerika Birləşmiş Ştatları ilə birgə gözlənilmədən Aralıq dənizində təlimlər keçirəcək.

Birləşmiş Ştatlar regiona çox böyük hərbi kontingentlə gəlib.

Belə ki, Yunanıstana məxsus Krit adası yaxınlığına USS Eisenhower aviadaşıyıcısı ilə yanaşı 22 hərbi gəmir və 5 mindən çox hərbi cəlb olunub.

Qeyd olunur ki, təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.

Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar Aralıq dənizi regionunda sabitlik üçün Yunanıstanla işbirliyini davam etdirəcək. Bildirilir ki, təlimlərlə bağlı bütün təşkilatı işlər Yunanıstan Dəniz Qüvvətlərinin Komandanlığı tərəfindən həyata keçirilib.

Hərbi təlimlərin gələn həftə baş tutacağı gözlənilir.

Qeyd edək ki, Yunanıstan ordusu ötən həftə başqa bir müttəfiqi olan Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ilə Aralıq Dənizində Türkiyəyə qarşı təlimlər keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: