Təyyarədəki bu üçbucaqlar NƏ ÜÇÜNDÜR? – FOTO

İnternetdən bir çox məlumatları əldə etmək mümkündür, lakin bəzi məlumatları yalnız peşəkarlar bilir. Məsələn, diqqət etsəz, təyyarələrdə kiçik üçbucaqar var. Onlar nə üçün qoyulub?

Təyyarədəki bu üçbucaqlar NƏ ÜÇÜNDÜR? - FOTO

Bu sualın cavabını “TikTok” istifadəçisi verib.

Onun kimliyi məlum deyil, lakin pilot kabinasına rahat girə bildiyi və çoxlarının bilmədiyi məlumatları paylaşdığı üçün aviaşirkətin mexanik mühəndisi olduğunu təxmin etmək mümkündür.

Keçək əsas məsələyə. Bu qara üçbucaqlar nə üçündür?

Təyyarədəki bu üçbucaqlar NƏ ÜÇÜNDÜR? - FOTO

Tiktokerin sözlərinə görə, təyyarə salonunda 4 belə qara üçbucaq olur. Onlar pilot üçün təyinedici nöqtələrdir və onun idarə panelində qeyd olunublar.

Belə ki, idarə panelində fövqəladə vəziyyət əlamətləri göründükdə pilot bunun harada baş verdiyini görür və gördüyü qara üçbucağın yanına gedir.

Təyyarədəki bu üçbucaqlar NƏ ÜÇÜNDÜR? - FOTO

Pəncərəyə yaxınlaşdıqda isə təyyarənin qanadlarında nə baş verdiyini və problemin nədən ibarət olduğunu görmək mümkündür.

Videosunun altındakı şərhdə insanlar aldıqları məlumata təəccüblənməkdən çox qorxduqlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: