Bir gecədə on kliniki ölüm keçirdi – FOTO

Rusiyada Sankt-Peterburq sakini Anton Dimov bir gecədə on kliniki ölüm keçirib.

Anadangəlmə genetik tromboflebiyadan əziyyət çəkən həmin şəxsdə tromb yaranıb və ağciyər arteriyasına daxil olub.

Dimovun sözlərinə görə, isti duşdan sonra özünü pis hiss edib.

O, Sankt-Peterburq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və tənəffüs aparatına qoşulub.

Bundan sonra onda qan dövranı dayanıb. Növbəti on iki saat ərzində kişinin ürəyi on dəfə dayanıb.

“Həkimlər hər dəfə təkrar-təkrar effektiv ürək fəaliyyətini bərpa ediblər”, – deyə xəstəxanadan bildirilib.

Xəstənin vəziyyəti sabitləşdikdə, üç gün süni komaya salınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: