Tovuzda dəhşət: Kişi özünün və oğlunun evini yandırdı

Tovuzda kişi özünün və oğlunun evini yandırıb.

Rayonun Yuxarı Öysüzlü kəndində Razim Səmədov ailə münaqişəsi zəminində əvvəlcə öz evinə, daha sonra oğlu Elçin Səmədovun evinə od vurub.

Bundan sonra o, həyətdəki yardımçı tikililəri də yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb, yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: