Avropalılar şokda. Bu vaksinin dəqiq “problemi” var: həm qanaxma yaradır, həm tromb

“Onların simptomları qeyri-adidir: qanaxma, trombların (laxtaların) yaranması və trombositlərin aşağı səviyyəsi” – Steynar Madsen

 Şənbə günü Norveçin səhiyyə orqanları COVID-19 əleyhinə AstraZeneca vaksini vurulmuş üç nəfər tibb işçisinin qanaxma, tromb və trombositlərin aşağı miqdarı simptomları ilə müalicə aldığını xəbər verib.

Xatırladaq ki, bundan öncə Danimarka eyni vaksinin insanlarda qan laxtalanması yaratdığı səbəbindən onun tətbiqini dayandırmışdı. Cümə günü Norveç oxşar addım atıb.

“Biz bilmirik, bu hadisələr vaksinlə əlaqəlidir, ya yox”, – Norveç Dərman Preparatları Agentliyinin (DPA) baş həkimi Siqurd Hortemo Norveç İctimai Səhiyyə İnstitutu ilə birlikdə keçirdiyi brifinqdə deyib.

Bildirilir ki, xəstəxanaya çatdırılan hər üç nəfərin yaşı 50-dən aşağıdır.

Hortemonun sözlərinə görə, Avropa Dərman Preparatları Agentliyi (EMA) hər üç insidenti araşdırır.

“Onların simptomları qeyri-adidir: qanaxma, trombların (laxtaların) yaranması və trombositlərin aşağı səviyyəsi”, – Norveç DPA-nın tibbi direktoru Steynar Madsen NRK telekanalına deyib.

“Ağır vəziyyətdədirlər, biz buna ciddi yanaşırıq”, – deyən Madsen əlavə edib ki, hökumət bu hadisələr haqda şənbə günü məlumat alıb.

AstraZeneca bəyan edib ki, qeydə alınmış 17 milyon doza yeridilməsi hallarının analizi ağciyər arteriyasında yüksək tromboemboliya (qan damarının laxta ilə tıxanması – red.), venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomların olmasını təsdiqləməyib.

“Faktiki olaraq COVID-19 əleyhinə AstraZeneca vaksini üçün belə qeydə alınmış hallar peyvənd almamış əhali arasında təbii olaraq baş verəcək hallardan çox deyil”, – şirkətin nümayəndəsi deyib.

Onun sözlərinə görə, belə meyllər və qanunayğunluqlar vaksinin sınaqları zamanı da qeydə alınmayıb.

Danimarka və Norveçin AstraZeneca-nın tətbiqini dayandırmasından öncə Avstriya qanın laxtalanmasının pozulması və ağciyər arteriyasında tromboemboliya səbəbindən ölüm faktını araşdırması səbəbindən bu peyvəndin istifadəsinə ara verib.

Cümə axşamı EMA məlumat yayıb ki, vaksinin faydası risklərdən daha çoxdur və ondan istifanə davam etdirmək lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: