Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI: “Uşaqlarda iştahsızlıq 1 həfədən çox davam edərsə…”

Valideynlərin körpə və uşaq baxımındakı ən həssas nöqtəsi bəslənmədir. Ən üzücü hal isə uşaqların iştahsız olmasıdır ki, bu da haqqlı narahatlıq yaradır

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Dr. Ela Tahmaz Gündoğdu valideynlərin bilməli olduğu bir çox məqamlara aydınlıq gətirib.

Gündoğdu uşaqların iştahsız olmasını bəzən təbii vəziyyət, bəzən də bir xəstəliyin əlaməti ola biləcəyini söyləyib. Həkimin sözlərinə görə, bir həftədən çox davam edən və kilo verməyə səbəb olan iştahsızlıq halında həkimə müraciət etmək lazımdır.

“Körpələr dad duyğusuna çatdıqdan sonra müəyyən qidaları seçirlər və yemək istəmirlər. Bəzən də valideynlərin övladlarının zövqünü anlamaları biraz vaxt alır. Yeməyə başladığı ilk günlər qidalar uşağın xoşuna gəlməyə və ağzından çıxararaq imtina edə bilər. Belə vəziyyətlər ümumiyyətlə valideynlər tərəfindən anoreksiya kimi qəbul olunur. Körpə normal çəkidədirsə, narahat olmağa ehtiyac yoxdur, Həmçinin dişçıxarma dönəmində qısa müddətli iştahsızlıq qaçılmazdır”, – deyə o bdirib.

Onu sözlərinə görə, uşağın yuxarı tənəffüs yolu infeksiyası və soyuqlaması varsa, iştahsızlıq baş verə bilər:

” Ancaq bunlar maksimum bir həftə davam edir və normal vəziyyətə qayıdır. Bir həftədən uzun çəkən və kilo verməyə səbəb olan hallarda həkimə müraciət edilməlidir. Hansısa əlavə xəstəliyi olmadığı təqdirdə körpələrə uyğun propolis, C vitamini və sink əlavələri verilə bilər”.

“Bir həftədən çox davam edən və kilo itkisinə səbəb olan iştahsızlıq ciddi xəstəliklərin xəbərçisi ola bilər. Anoreksiya diaqnozu üçün qan analizi, sidik testi, qan, biyokimya, böyrək və qaraciyər funksiyası testləri edilməlidir. Qanda devit və vitamin səviyyələri yoxlanılmalıdır. Fizioloji olaraq xəstəlik özbaşına sağala bilər. Ancaq bunun hansısa əsəs səbəbi varsa. Bu halda mütləq xəstəliyin diaqnozu və müalicəsi tələb olunur. Xüsusilə sidik yolu infeksiyası iştahsızlıqla başlaya, sonra qızdırma ilə davam edə bilər” – , Gündoğdu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: