İstedadlı və uğurlu gözəllər: Bakıda qadınlara mükafatlar verildi – FOTO

Bakıda Azerbaijan Woman Awards mükafatlarının təqdimetmə mərasimi olub. İctimai həyatda, təhsil, tibb, biznes, mədəniyyət, incəsənət, elm, memarlıq, idman sahələrində, dəb sənayesi və KİV-də uğur qazanan qadınlar təltif olunublar.

Mart ilin ən “xanımyana” fəslidir. Ona görə də Azerbaijan Woman Awards-ın təşkilatçıları mükafatların verilməsi üçün məhz bu ayı seçiblər. Azərbaycanın ən uğurlu, istedadlı və ictimai aktiv qadınları prestijli mükafatların sahibi olublar.

Onlar arasında Xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Milli Məclisin deputatı Qənirə Paşayeva, şairə Zəhra Bədəlbəyli, dizayner Gülnarə Xəlilova, rəssam Aydan Salahova, Xalça muzeyinin direktoru Şirin Məlikova, plastik cərrah Könül Ağamirova və digərləri yer alır. .

“Cəsur qadın” nominasiyasında xüsusi mükafat təsis edib. Bu mükafat ölümündən sonra İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan SQ-nin tibb xidmətinin çavuşu Arəstə Baxışova üçün nəzərdə tutulub. Mükafatı Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev ölkəmizin bütövlüyü uğrunda canını vermiş qəhrəman qadının anasına təqdim edib.

Azerbaijan Woman Club-ın Business Woman qadın jurnalının dəstəyi ilə təşkil etdiyi tədbir koronavirus pandemiyası səbəbindən tamaşaçılarsız keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: