Övladlığa uşaq götürmək istəyənlərin bilməli olduğu yenilik
Sosial Xidmətlər Agentliyi: “Yaxın qohumlar tərəfindən övladlığagötürmə üzrə müraciətlər ümumi müraciətinin 35%-ni təşkil edir”
Dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna verilən cavaba görə, uşağı övladlığa götürmək istəyən qohumlardan övladlığa götürmə ilə bağlı bəzi mərhələlərdən keçmək tələb olunmur: “Övladlığa götürmək istəyən qohum şəxslər təlimlərə cəlb edilmir. Övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi prosesi də qohumlara şamil olunmur. Bu şəxslərə övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili tətbiq edilmir. Həmçinin övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsə evində yerləşdirilməsi kimi mərhələ də tətbiq olunmur”.