Xəstəxanada baş verən faciəyə görə İordaniya Səhiyyə Naziri istefa verdi

İordaniyada koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfərin həlak olmasının ardından ölkənin Səhiyyə Naziri istefa verib.

Paytaxt Ammanın yaxınlığında yerləşən və yeni inşa edilmiş xəstəxanada baş verən hadisədən sonra baş nazir Bişer əl-Hasavne Səhiyyə Naziri Nasir Obeidatın istefasını tələb edib.

Səhiyyə Naziri hadisənin hansı səbəbdən baş verdiyinin hələ məlum olmadığını desə də baş nazir istefa tələbindən geri addım atmayıb.

Hadisə ilə bağlı yayılan məlumatda qeyd edilir ki, xəstəxanada oksigen verilişinin 1 saat ərzində kəsilməsi reanimasiya və doğuş şöbələrinə də təsir edib. Lakin bu şöbələrdə yerləşdirilən xəstələr arasında ölüm faktı olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: