Azərbaycanda ilk dəfə mal-qaranın sığorta kalkulyatoru istifadəyə verildi – FOTO

Azərbaycanda ilk dəfə mal-qaranın sığorta kalkulyatoru istifadəyə verilib. 

Aqrar Sığorta Fondundan verilən məlumata əsasən, artıq mal-qara və heyvandarlıq təsərrüfatı sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər. Aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Heyvanların sığortası kalkulyatoruna linkdən keçmək olar.

Xatırladaq ki bir neçə gün əvvəl Azərbaycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib.

Hazırda Aqrar Sığorta Fondu bir növ heyvan, 14 növ bitki və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85 faizini təşkil edir. Qarşıdakı aylarda aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95 faizini əhatə etməsi nəzərdə tutulur.

Aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50 faizini dövlət ödəyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: