“Pandemiya uşaqların görmə qabiliyyətinə necə təsir edir?”- Həkim Komorovski ilə MÜSAHİBƏ

Distant təhsil təkcə Azərbaycanda yox, həm də bir çox başqa ölkədə uşaqların sağlamlığına mənfi təsir göstərir.

Uşaqların sağlamlığına dair kitabların müəllifi, tanınmış həkim, sovet və Ukrayna pediatrı, “Doktor Komarovski Məktəbi” televiziya şousunun aparıcısı Yevgeni Komarovski barədə danışıb.

“Tibb elmi baxımından görmə pozğunluğu ilə, məsələn, monitorun qarşısında tez-tez oturmaq arasında birbaşa əlaqə yoxdur. Ancaq əgər həmin şəxs obyektləri yaxınlaşdırmasa və məsafədən obyektlərə baxarsa. Bu çox vacibdir.

İnsan gözü təbii olaraq uzaqlara baxmaq, düşməni görmək, ovlamaq və s. üçün hesablanıb. Və əgər insan uzun müddət yalnız yaxın olana baxırsa, o zaman gözün akkomodasiyası (uyğunlaşması) pozulur. Əzələlər məşq etmir. Bəs uşaq evi tərk etmədikdə və ya nadir hallarda evdən çıxanda, təcrid şəraitində uzağa harada baxmaq olar? Əlbətdə bu, görmə qabiliyyətinə təsir edir, çünki, dediyim kimi, gözlər məşq etmir”.

Həkim deyib ki, hamımız bundan bir nəticə çıxarmalıyıq, çünki quru göz sindromu yarana bilər:

“Təcrid şəraitində uşaqlar üçün göz məşqinin təhsili proqramı hazırlanmalıdır. Quru göz sindromunu xatırlayaq. Bir şəxs ekrana baxdıqda, gözlərini daha az qırpır. Bu, gözün qurumasına və bir sıra digər nəticələrə gətirib çıxarır.

Ancaq, şübhəsiz ki, ekranlar yox, təcrid rejimi, müntəzəm gəzintilərin olmaması görmə qabiliyyətinin pisləşməsinə təsir edir. Evdə təhsil verən məsul insanlar da quru göz sindromunun qarşısını almaq üçün nələr edilməsi, göz əzələlərini necə məşq etdirilməsi və fərqli obyektlərə necə diqqət yetirilməsi barədə danışmalıdırlar. Bunun üçün çox sayda imkanlar var”.

Mütəxəssis eyni zamanda uşaqların yaxşı görmədikləri üçün arxa oturacaqlarda oturmamasına da toxunub:

“Uşaq görə bilmirsə, görmə qabiliyyətini düzəltmək üçün eynək taxmalıdır! Onu qabaq sıralara keçirmək düzgün deyil”.

O bildirib ki, müəllimlər uşaqlarının görmə problemləri barədə mütləq valideynləri məlumatlandırmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: