“SpaceX” orbitə bir raketlə 60 peyk göndərdi

ABŞ-ın “SpaceX” şirkəti “Falcon 9” raket daşıyıcısı vasitəsilə orbitə 60 mikro-peyk göndərib.

Bu, ABŞ şirkəti tərəfindən həyata keçirilən sayca doqquzuncu analoji buraxılışdır. Bundan öncəki buraxılış martın 11-də həyata keçirilib.

Qeyd edək ki, peyklər “Starlink” orbital internet şəbəkəsinin qurulması məqsədilə istifadə olunacaq. İlon Maskın bu layihəsi çərçivəsində 11 min peykin Yerətrafı orbitə çıxarılması nəzərdə tutulub.

Layihənin dəyəri 11 milyard dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: