Türkiyədə kiloqramı 150 lirəyə satılan meyvə – FOTO

Türkiyədə Aralıq və Ege dənizləri sahillərində yetişən qızıl çiyələk tərkibinin təbii lif və antioksidantla zəngin olması səbəbindən kifayət qədər yüksək qiymətə satılır.

“Hürrriyət” nəşrinin yaydığı məlumata görə, hazırda unikal meyvənin bir kiloqramı 150 lirəyə (təxminən, 33 manata) alıcılara təqdim olunur.

Əksər hallarda altın çiyələk 100 qramlıq paketlər şəklində qablaşdırılır. Hər belə paketdə 13-14 meyvə olur.

Qızıl çiyələyin yığımına fevralın sonlarından başlanılır və iyunun sonunadək proses davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: