Əfqanıstanda tələbələri aparan avtobus raketlə vuruldu: Ölənlər və yaralılar var

Əfqanıstanda Bağlan universitetinin tələbələrini daşıyan avtobusa hücum edilib.

Puli-Humri şəhərində avtobusa atılan raket sürücünün və bir tələbənin ölümü ilə nəticələnib.

Altı müəllimin yaralandığı bildirilir. Avtobusda ümumilikdə 25 tələbə və müəllim olub.

Bağlan polisi hadisəni radikal “Taliban” hərəkatının törətdiyini deyir.

Taliblər hadisə barədə açıqlama verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: