Bıçaqla qadının evinin həyətinə girdi – BAKIDA QULDURLUQ

Bakıda quldurluq hadisəsi baş verib.

Suraxanı RPİ 30-cu Polis Şöbəsinə müraciət edən martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: