İlham Əliyev slovakiyalı naziri qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Slovakiyanın xarici və Avropa işlər naziri Bakıda sonuncu dəfə təxminən 20 il əvvəl olduğunu qeyd edib, bu səfər zamanı paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyi qeyd olunub.

12:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: