Bu qız 12 yaşında universitedə DAXİL OLDU – NASA-da işləmək istəyir – FOTO-VİDEO
ABŞ-ın Arizona ştatından olan 12 yaşlı Alina Uiker vaxtından tez məktəbi bitirərək universitetə getməyə hazırlaşır. O, NASA-da işləyərək kosmik tədqiqatlarla məşğul olmaq arusundadır.
Bu barədə “Unilad” yazır.
Alina uşaqlıqdan “LEGO” oynayaraq inşaat etməyi sevib. 12 yaşında qız evdə təhsil alaraq orta məktəb tədris proqramını tamamlayıb. 2021-ci ildə o, Arizona Dövlət Universitetində təhsil almağa başlayacaq.
Qız astronomiya, planetar elmlər və kimya sahəsində təhsil almağı planlaşdırır.
Alina 16 yaşında NASA-da işə düzəlmək və kosmik tədqiqatlar üçün avadanlıq yaratmaq niyyətindədir.
“Yaşınızından və nə etməyi planlaşdırdığınızdan asılı olmayaraq, istədiyiniz işlə məşğul olun, xəyal qurun və istəklərinizə nail olun”, – deyə Alina öz uğurunu şərh edib.