Ölkədə Britaniya ştammının aşkar olunduğu şəxslərdən biri Ukraynada yoluxub – RƏSMİ

Bu günə qədər Azərbaycanda COVID-19-un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: