Qəbiristanlıqdan 1300 manatlıq gül dəstəsi oğurlayan şəxslər saxlanıldı – VİDEO

Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub.

Həmçinin saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: