Bibliografya – İctimai Nəzarət Fəlsəfəsinə aid qiymətli töhfə

Evimdəki yazı masasının üzərindəki çoxsaylı kitablardan birinin adı belədir: “İlham Əliyevin siyasətində İctimai Nəzarət Fəlsəfəsi”  bu əsərin adından da məlum olur ki, burada bütün elmlərin qızıl acarı olan fəlsəfənin mühüm problemlərindən sayılan ictimai nəzarət amilində fəlsəfənin əsas funksiyası, əhəmiyyəti, onun xüsusi cəkisi nədən ibarətdir, orada hansı vacib mətləblərdən söhbət gedir? Bu, xeyli dərəcədə uzun söhbətin mövzusudur. Məhs buna görə də bir başa mətləbə keçməzdən əvvəl ilk öncə, ümumiyyətlə fəlsəfə elmi onun mahiyyəti, kəsb etdiyi dərin məna, məzmun və mündərəcə haqqında bir necə söz, fikir söyləmək istərdik.

Fəlsəfə – (yunanca philso sözündən götürülən, mənası sevirəm və sophia müdrüklik) – istər varlığın (yəni təbiət və cəmiyətin), istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqları haqqında mükəmməl elmdir. Fəlsəfə ictimai şüurun mühüm formalarından biri, bəlkə də birincisidir. Fəlsəfə nəticə etibarı ilə cəmiyyətin iqtisadi və ictimai, sosial münasibətləri ilə müəyyən edilir. Bila vasitə xüsusi elm kimi fəlsəfənin başlıca və əsas məsələsi təfəkkürün varlığa, şüurun materyaya olan münasibəti problemidir. İstənilən fəlsəfi sistem həmin problemin hətda “əsas məsələ” acıq şəkildə ifadə edilməsə də, geniş və konkret həllindən ibarətdir. “Fəlsəfə” anlayışına, məhfumuna, termininə ilk dəfə qədim yunan mütəfəkkiri, siyasi xadimi Samoslu Pifaqorda (580-500) təsadüf edilmişdir. Bununla yanaşı fəlsəfənin xüsusi bir elm kimi ilk dəfə qədim yunan filosofu Platon (e.ə.428-427-348-347) fərqləndirmişdir.

Fəlsəfə insanın obyektiv aləm və özü haqqında biriklərin bütün məcmusunu birləşdirən elm kimi ibtidai icma cəmiyyətində meydana gəlmişdir. Bu dövür, insanlıq tarixinin ilkin mərhələsində biliklərin inkişafının aşağı səviyyəsi üçün tam mənasında təbii idi.

İctimai-istehsal təcrübəsinin və elmi biliklərin toplanması gedişində müxtəlif, yəni ayrı-ayrı elmlərin fəlsəfədən “qopup ayrılması” və eyni zamanda onun müstəqil elmə cevrilməsi baş vermişdir. Fəlsəfə bir elm kimi maddi və mənəvi aləm haqqında ümumi baxışların yaradılması zərurətindən, aləmin ümumi əsaslarına və qanunlarının tədqiqində rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna, məntiqə və idrak prosesinə təlabatdan doğurmuşdur. Bu təlabatın nəticəsində də təfəkkürün varlığa  münasibəti məsələsi fəlsəfədə ön plana çekilmişdir. Çünki onun bu və digər, başqa şəkildə həm bütün fəlsəfənin əsasında, idrak metodunun və məntiqinin əsasında durur. Fəlsəfənin biri-birinə əks iki cəriyana – materiyalizmə  və idyalizmə ayrılması məhs bununla bağlıdır; dualizim, materiyalizim ilə idyalizim arasında aralıq mövqe tutur. Materiyalizim ilə idyalizmin mübarizəsi fəlsəfənin bütün tarixi boyunca əsas xətt kimi keçir, onun hərəkət verici qüvvələrindən biridir. Bu mübarizə cəmiyyətin inkişafı ilə, siniflərin , sosial təbəqələrin iqtisadi, siyasi və idyaloji mənafeyi ilə sıx bağlıdır. Fəlsəfə amilinin səciyəvi problematikasının dəqiqləşdirilməsi onun inkişafı gedişində fəlsəfənin özündə müstəqil, bəzən isə geniş şəkildə müxtəlif olan bölmələr kimi ayrı-ayrı tərəflərin fərqlənməsinə gətirib çıxarmışdır.

Bununla da fəlsəfə bütün digər elmlərin fövqündə duran “elmlər elminə” çevrilmişdir.

Fəlsəfə elminin fəaliyyəti haqqında bu qəbildən olan ümumi və konkret mühazirələrimizin sayını artırmaq da olardı.

İndi isə təkcə respublikamızda deyil, onun hüdudlarından da çox-çox uzaqlarda tanınmış, məhşurlaşmış görkəmli təşkilatçı, ictimai-siyasi xadim olan “Rasim Məmmədovun” İlham Əliyev siyasətində İctimai Nəzarət fəlsəfəsi adlı kitabın məziyyətləri və onun spesifik xüsusiyyətləri barədə söhbət açmaq istərdik.

Kitab dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin kəlam xarakterli, mahiyyətli aşağdakı fikri ilə acılır:

“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, təmahkarlıqla vicdanlılığı hər kəs özü secir” .

Bu önəmli fikir kitabın sonra ki, səyfəsində Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm, çox hörmətli İlham Əliyevin aşağıdaki mübariz çağırışı ilə davam etdirilir:

“Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır” .

Ölkə Başçısı bu münasibətlə daha sonra demişdir ki, ictimai nəzarət fəlsəfəsi cəmiyyətimizdə xüsusi əhəmiyyət kəsb edir. İctimai nəzarət olmasa  ölkəmiz uğurla inkişaf edə bilməz. Xalqla iqtidar arasında birlik bizim uğurlu inkişafımızın əsas şərtidir. ( Bax: yuxarıda adı çəkilən kitab, səh.32).

Qeyd, haşiyə Ulu Öndə Heydər Əliyevin və onun müdürik, uzaq görən müddəalarının çox böyük uğurla davam etdirən və onun müvəvəqiyyətlə həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyevin işıqlı, nurlu persipektli kəlamları və bunların əməli cəhətdən uğurla yerinə yetirilməsinə aid töfşiyələrindən bəhs  olunmasına dair kitabın müəllifinin yaradıcı fəaliyətindən söhbət acacayıq. Yeri gəlmişkən qeyd etmək isterdik ki, kitabda ictimai nəzarət fəlsəfəsi haqqında önəmli fikirlər həm nəzəri, həm də əməli cəhətdən ətraflı şərh olunur və işıqlandırılır.

Kitabla bağlı daha bir çox maraqlı, diqqəti cəlb edən bir məqama toxunmaq istərdik. Kitaba ünlü qələm sahibi, mübtədir söz ustadı Azərbaycan Respublikasının “Əməkadar jurnalisti” Flora xanım Xəlilzadə ön söz yazmışdır. Bu “Ön söz” – də mahir peşəkar, çox zəngin təcrübəsi olan Flora xanım kitabın müsbət məziyyətləri ilə yanaşı, Ulu Öndər Heydər Əliyevin Möhtəbər Prezidentimiz İlham Əliyevin İctimai Nəzarət Fəlsəfəsi barədə Rasim Məmmədovun –  bu əsərin müəllifinin fəaliyyətini çox obyektiv şəkildə səciyyələndirmişdir. Bu məziyyətlər Rasim Məmmədovun kitabda dərc olunmuş “müəllifdən” şərlövhəli yazısındada dövlətimizin başçısı, ölkəmizin rəhbəri İlham Əliyevin siyasətində ictimai nəzarət fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Bu baxımdan kitabda gedən “İctimai nəzarət nədir?” Heydər Əliyevin “siyasətində ictimai nəzarət”, “Mehriban Əlieyevanın siyasətində ictimai nəzarət”, “İctimai Nəzarət Koalisiyası və xarici əlaqələr”, “tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq” mövzularında şərh olunan problemlərdən də aydın olur ki, kitabın müəllifi Rasim Məmmədov ictimai nəzarət fəlsəfəsini də mükəmməl bilir. Burada yeri gəlmişkən xüsusi olaraq qeyd etmək istərdik ki, Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti UNESCO-nun və İSESCO-nun “xoşməramlı səfiri” , Yeni Azərbaycan Partiyasının sədrinin I müavini Mehriban xanım Əliyevanın siyasətində ictimai nəzarət fəlsəfəsi önəmli yer tutur. Rasim Məmmədovun kitabında onun bu fəlsəfəsinin bilavasitə özünə məxsus bacarıq şəriştəlilik və orjinal şəkildə şərh edilmişdir. Bu münasibətlə Mehriban xanım Əliyevanın siyasətində ictimai nəzarət fəlsəfəsinə aid bir misal çəkmək istərdik. Mehriban xanım Əliyeva demişdir: “ Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar  bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin yekun nəticədə hər şey bizdən, bu planetdə yaşıyan kişilər və qadınlardan asılıdır” (bax yuxarıda adı çəkilən kitab səh.50)

Kitabda dərc olunan “nəticə” səhrlövhəli yazıda müəllif ictimai nəzarət fəlsəfəsi haqqında özünün yekun mühazirələrini vermişdir. Burada, ümumiyyətlə kitabda etiva olunan fikirlər Respublikamızda sözü gedən sahədə fəaliyyət göstərən, eyni zamanda həmin sahə ilə maraqlanan geniş oxuçu kütləsi üçün də maraqlı gərəkli və əhəmiyyətli ola bilər.

Bizdə də çox dərin maraq oyadan bu kitab haqqında təsuratlarımızın sayını artırada bilərdik.

5 ildən artıq İctimai Nəzarət Koalisiyasına çox səriştəliklə rəhbərlik edən kitabın müəllifi, əziz və mehriban dostumuz Rasim Məmmədova möhkəm can sağlığı, daha mənalı uzun ömür arzulayıram.

Kitabın dünyanın, o cümlədən geniş oxucu kütləsi üçün ən önəmli spesifik xüsusiyyət və cəhətlərindən biridə əsasəndə ondan ibarətdir ki, Rasim Məmmədovun bu quruma sədrlik etdiyi müddət ərzində orada keçirilən bütün ictimai siyasi tədbirlərə aid foto şəkillərin verilməsidir. Oxucular görürlər ki, İctimai Nəzarət Koalisiyasının fəaliyyətinə dünyanın, yəni xarici dost ölkələrinin və xüsusi ilə də müstəqil ölkəmizin tanınmış ictimai, siyasi, elm, ədəbiyyat və incəsənət xadimləri cəlb olunmuşdur.

Əmin olmaq istərdik ki, Hörmətli Rasim müəllim bundan sonrada bu səpkili, orjinal marqlı kitablar,əsərlər yazaraq , işlər görərək biz oxucuları yenidən sevindirəcəkdir.

Əsədulla Qurbanov

Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru, BMT-nin “Sül səfiri”, Ankara Beynəlxalq Söz Akademiyasının, Respublika Ağsaqqallar şurasının, Azərbaycan jurlnalistlər birliyinin üzvi, “tərəqqi” medallı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “fəxri diplomcusu”, “Qabaqçıl təhsil işçisi” və məhşur 91-lərdən biri, İctimai Nəzarət Koalisiyası İctimai Birliyinin “fəxri üzvi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: