Şahmar Mövsümov: “Yoluxmanın artıqca ölənlər də sayı artır”

“Artıq 1 ildən çoxdur pandemiya ilə mübarizə aparırıq. Hazırda bir çox ölkələrdə pandemiyanın növbəti dalğası müşahidə olunur”.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bu səbəbdən bir çox ölkələrdə qapanmalara gedilir:

“Azərbaycanda da son dövrlər yoluxmalar artıb. Sonuncu dəfə karantin rejiminin yumşalmasından sonra bu gözlənilən idi. Bu gün 879 yeni yoluxma aşkarlanıb. Təbii ki, yoluxmanın sayı artıqca ölənlərin də sayı artır. Bu da insanları narahat edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: