Səfirlikdən Novruz bayramı ilə bağlı PAYLAŞIM – VİDEO
İsrailin Azərbaycan səfirliyi xalqımızın Novruz bayramını təbrik edib.
Bu barədə səfirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.
Paylaşılan videoda İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik danışıb:
“Müsəlmanlar, yəhudilər və xristianlar bir yerdə öz fərqliliyimizi, tolerantlığımızı və multikulturalizmi qeyd etmək üçün bir araya gəlirik. Novruz bayramınız mübarək”.