Yaponiyada 7,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi – VİDEO

Yaponiyanın şimal-şərqində Miyaqi prefekturasında 7,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra sunami təhlükəsi barədə elan olunub.

Bu barədə TASS xəbər verir.

Zəlzələnin episentri suyun 60 kilometr dərinliyində qeydə alınıb. Prefektura ərazisində dalğanın hündürlüyünün bir metrə çatması gözlənilir.

Yeraltı təkanların Tokioda da hiss olunduğu qeyd olunur. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: