AzTV-də Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş proqram nümayiş olunacaq – VİDEO

Azərbaycan Televiziyasının Novruz bayramı proqramları davam edir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, növbəti bayram proqramı “Xarıbülbül” adlanır.

“SS production”la birgə hazırlanmış layihənin dəstəkçisi Beynəlxalq Muğam Mərkəzidir.

Proqram uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsinə, şanlı qələbəni xalqa bəxş edənlərə həsr olunub.

Milli musiqinin müasir təqdimatı üzərində qurulan proqramın aparıcıları Naid Şadxan və Gülay Hüseynovadır.

“Xarıbülbül” martın 21-i saat 22:00-da AzTV-də yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: