Gürcüstanın Baş naziri ölkənin azərbaycanlı əhalisini Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə ölkənin azərbaycanlı vətəndaşlarını təbrik edib.

Bu barədə Baş nazir özünün sosial media hesabında paylaşım edib.

“Novruz bayramı münasibəti ilə mən azərbaycanlı vətəndaşlarımızı təbrik edirəm. Bu gözəl bahar bayramı yeni ilin, yeni həyatın başlanmasının rəmzidir. Mən hər birinizə sülh, xoşbəxtlik, inkişaf və səadət arzu edirəm”, – deyə İrakli Qaribaşvili qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: