Sirkdə qorxu dolu anlar: fillər tamaşa vaxtı savaşdılar – VİDEO

Sirkdə yerli vaxtla saat 17:00-a təyin olunan növbəti tamaşa “texniki səbəblərə görə” təxirə salınıb.

Kazan sirkində tamaşa vaxtı fillər savaşıblar.

Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Sosial şəbəkədə yayılan kadrlardan görünür ki, filin biri digərini aşırıb və manejdən kənara çıxarmaq istəyir. Tamaşaçılar dərhal yerlərini tərk ediblər.

 

Sirkdən bildiriblər ki, təlimçilər filləri ayıra biliblər və heç kim xəsarət almayıb. Amma yerli vaxtla saat 17:00-a təyin olunan növbəti tamaşa “texniki səbəblərə görə” təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: