Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq

Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizəd Nikol Paşinyan olacaq.

Bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır”,- o qeyd edib.

Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq, belə ki, hakimiyyət onlara bu fürsəti tanımalıdır.

 

Xatırladaq ki, Ermənistanın parlament qüvvələrinin və siyasi partiyalarının konsensusundan sonra ölkədə iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: