Miqrantları daşıyan gəmidə yanğın: 60 nəfər həlak oldu

Miqrantları Aralıq dənizi vasitəsilə Liviyadan Avropaya daşıyan gəmidə güclü yanğın baş verib.

“Al-Arabiya” telekanalı xəbər verir ki, yanğın nəticəsində gəminin göyərtəsində olan 100-ə yaxın miqrantdan 60-ı həlak olub.

Qeyd olunur ki, yanğın gəminin mühərrikində başlayıb və qısa müddət ərzində bütün gəmini öz cənginə alıb.

Miqrantlar suya tullanmaq məcburiyyətində qalıb, lakin onların əksəriyyəti üzə bilməyib və boğularaq həlak olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: