Şimali Koreya bir il sonra ilk dəfə ballistik raketlərini sınaqdan keçirdi

Şimali Koreya martın 25-də iki ballistik raket buraxılışı həyata keçirib.

Bu barədə Yaponiya mətbuatı yazıb.

Raket buraxılışı həm Yaponiya, həm Cənubi Koreya, həm də ABŞ hərbçiləri tərəfindən qeydə alınıb.

Bu, Şimali Koreyanın 2020-ci ilin martından bu yana ilk ballistik raket sınaqları olub. Tokiodan bildirilib ki, raketlər təxminən 450 kilometr qət edərək Yapon dənizinə düşüb.

Yaponiyanın Baş naziri Yosihide Suqa bununla bağlı etirazını bildirib və Pxenyanın fəaliyyətlərinin BMT Təhlükəsizlik Şurası qətnamələrinə zidd olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: