Daha iki cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında mübarizəyə başlayacaq.

Yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi -81 kq) qüvvəsini sınayacaq.

Fətiyev 1/16 finalda Din Yaakov Qemer (İsrail), Tskayev isə Kenni Komi Bedellə (İtaliya) üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Bununla da o, Olimpiadaya lisenziya qazanmaq üçün reytinq xallarını artıraraq vəziyyətini yaxşılaşdırıb.

Xatırladaq ki, 11 cüdoçu ilə təmsil olunduğumuz “Böyük Dəbilqə”yə sabah yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: