Anaları hamilə ikən vaksinasiyadan keçmiş körpələr virusa qarşı anticisimlə doğuldu

İtaliyada hamilə olarkən koronavirusa qarşı peyvənd olunan iki qadının övladlarının orqanizmində virusa qarşı anticisimlər formalaşıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Padova şəhərində həkim kimi çalışan Valeriya Bernardi və Anna Parolo adlı qadınlar hamiləliklərinin altıncı ayında peyvənd olunublar.

Martın 9-da və 16-da dünyaya gələn hər iki uşaqdan götürülən qan testi orqanizmdə koronavirusa qarşı anticisimlərin olduğunu göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: