SON DƏQİQƏ: Paşinyan istefa tarixini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa edəcək.

Paşinyan bunu bazar günü Ermənistanın Armavir rayonunun Araqats (Alagöz) kəndinin sakinləri ilə görüşü zamanı söyləyib.

O, ölkədəki növbədənkənar parlament seçkilərinə qədər Nazirlər Kabineti başçısı vəzifəsini icra edəcəyini qeyd edib: “Aprel ayında istefa edəcəm. Ancaq hakimiyyəti tərk etmək üçün deyil, erkən parlament seçkiləri keçirmək üçün. Baş nazir kimi fəaliyyət göstərməyə davam edəcəyəm”.

Xatırladaq ki, 18 martda Baş nazir Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan etmişdi. Baş nazir bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanla görüşdən sonra söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: