Uşaq ədəbiyyatının məşhur müəllifi vəfat etdi

Amerikalı uşaq ədəbiyyatı yazarı Beverli Kliri 104 yaşında vəfat edib.

Bu barədə “HarperCollins” nəşri “Twitter” səhifəsində məlumat verib.

Bildirilir ki, yazıçı 1960-cı illərdən bəri yaşadığı Kaliforniyanın Karmel şəhərində vəfat edib.

Məşhur yazıçı bir neçə nəsil insanların sevimlisi olub. Onun kitabları 85 milyon nüsxədən çox satılıb və 29 dilə tərcümə edilib.

Kitablarındakı ən məşhur personajlar Ramona və Bizus Quimbi, Henri Hiqqins, onun iti Rebzi və Ralf siçandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: