İndoneziyada neftayırma zavodundakı yanğının havadan görüntüləri – VİDEO

İndoneziyanın Balonqan şəhərindəki Pertamina neftayırma zavodunda yanğın hələ söndürülməyib. Hadisə yerində yüzlərlə yanğınsöndürmə briqadası işləyir. Yanğının miqyası böyüməyə davam edir.

“Life Shot” “Telegram” kanalı hadisə yerinin drondan görüntülərini paylaşıb.

Yerli KİV orqanlarının məlumatına görə, yanğın zamanı 28 nəfər xəsarət alıb. Onlardan beşi ağır yanıq xəsarəti alıb, qalanlarının vəziyyəti yüngül qiymətləndirilir.

Yaxınlıqdakı yaşayış məntəqələrindən 1000-ə yaxın sakin təxliyə edilib.

İlkin ehtimallara görə, partlayışın səbəbi ildırım vurmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: